Kamil Zeynallı gənclərə səsləndi: “Çəkməyin bu zəhrimarı”backend

Kamil Zeynallı gənclərə səsləndi: “Çəkməyin bu zəhrimarı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar mütəxəssislər həyəcan təbili çalır, ölkədə “patı”, “şüşə”, “metamfetamin” kimi süni narkotik istifadəçilərin sayı durmadan artır.

Editor.az xəbər verir ki, artıq məşhurlar da bu məsələyə biganə qalmırlar.

Bu barədə sosial şəbəkə hesabında yazan tanınmış fitness məşqçisi Kamil Zeynallı bu halların artdığını bildirib.

O, “İnşallah, “patı” satanların kökü kəsilər, onları həbs edərlər.  Yazıqsınız gənclər, qızlar, oğlanlar çəkməyin bu zəhrimarı” – deyə qeyd edib.

Bundan sonra K.Zeynallı izləyicilərindən çoxsaylı mesajlar alıb:

“Ölçü götürən yoxdur, zəng vurmadığım yer qalmayıb. Divar qonşumuzda açıq bazardır”.

“Mən “Papanin”də qalıram. Allaha and olsun ki, açıq alverdir, uşaqların gözü önündə satırlar. Səhərə kimi alver gedir. Hamı kim nə satır bilir”.

“Kamil bəy, Biləcəridə də eyni vəziyyətdir. Neçə cavan qardaşları itirdik, özü də çoxsu idmançı idi”.

“Kamil bəy, Sumqayıtda yaşayıram, satan qonşumdur. Çəkənlər də blokda oturub rahat çəkirlər. Sanki belə də olmalıdır”.

“Bizdə də vəziyyət belədir – Bülbülə, Əmircan. Bezmişəm çıxıb küçədə qışqır-bağır salmaqdan”.

Kamil Zeynallı gənclərə səsləndi:  “Çəkməyin bu zəhrimarı”
Kamil Zeynallı gənclərə səsləndi:  “Çəkməyin bu zəhrimarı”
Kamil Zeynallı gənclərə səsləndi:  “Çəkməyin bu zəhrimarı”
Kamil Zeynallı gənclərə səsləndi:  “Çəkməyin bu zəhrimarı”