Kamran Əliyev: “Bəzi şəxslər “Tərtər işi”ndən öz çirkin məqsədləri üçün istifadə etməyə cəhd edirlər”backend

Kamran Əliyev: “Bəzi şəxslər “Tərtər işi”ndən öz çirkin məqsədləri üçün istifadə etməyə cəhd edirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çox təəssüflər olsun ki, bəzi şəxslər “Tərtər işi”ndən öz çirkin məqsədləri üçün istifadə etməyə cəhd edirlər”.

Bunu REAL TV-yə müsahibəsində Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev deyib.

“Bu işi gündəmdə saxlamaqla, bir növ özlərini gündəmdə saxlamağa cəhd edirlər. Bu yolverilməzdir. Hesab edirəm ki, insanların hissləri ilə manipulyasiya etmək özü bir mənəviyyatsızlıqdır”.

Kamran Əliyev əlavə edib ki, cinayətkarlığa qarşı mübarizədə bəzi kateqoriya cinayətləri üzrə sərtləşmə getməlidir: “Bunu bizdən cəmiyyətimiz, vətəndaşlarımız və reallıq tələb edir. Bəzi cinayətlər üzrə isə humanistləşmə vacibdir”.

//Report