Ermənistan mövcud beynəlxalq konvensiyaların tələblərini daim pozub.
Editor.az APA-ya istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev bu gün Naxçıvanda keçirilən “Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi” mövzusunda” Elmi-Praktiki Konfrans zamanı qeyd edib.
Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçı siyasətin acı nəticələrindən birinin ölkəmizin su ehtiyatlarının yararsız vəziyyətə gətirilməsi olduğuna diqqət çəkən Baş prokuror bunun nəticəsində Azərbaycan əhalisinin illərdir Şərqi Zəngəzurda olan zəngin su ehtiyatlarından məhrum qaldığını vurğulayıb.

