Kamran Əliyev: “Prezident və Birinci vitse-prezident Perinatal Mərkəzdəki hadisəni nəzarətə götürüblər”backend

Kamran Əliyev: “Prezident və Birinci vitse-prezident Perinatal Mərkəzdəki hadisəni nəzarətə götürüblər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Respublika Perinatal Mərkəzində baş verən yanğın hadisəsini nəzarətə götürüblər”.

Bunu hadisə yerinə gələn baş prokuror Kamran Əliyev deyib.

Onun sözlərinə görə, onlar ölkə rəhbərliyinin tapşırığı ilə hadisə yerinə gəliblər. Yanğın hadisəsinin istintaqı ölkə rəhbərliyinin nəzarətindədir. Faktla bağlı cinayət işi başlanıb.

Xatırladaq ki, yanvarın 9-da Respublika Perinatal Mərkəzində yanğın olub. Hadisədən sonra dörd uşağın meyiti aşkarlanıb.