Kanada Rusiyaya qarşı sanksiya siyahısına daha 9 nəfəri, o cümlədən Rusiya baş nazirinin keçmiş birinci müavini Vladimir Potanin, iş adamı Viktor Vekselberq, Kirill Şamalov və Leonid Mixelsonu da daxil edib.
Editor.az “Sputnik Türkiye”yə istinadən xəbər verir ki, sanksiya siyahısına düşmək mümkün aktivlərin dondurulması və Kanadaya giriş qadağası deməkdir.
Kanada sanksiya siyahısına daha 9 Belarus vətəndaşını da daxil edib. Siyahıda Belarus müdafiə nazirinin müavinləri Andrey Juk, Andrey Burdıko və Sergey Simonenko da var. Siyahıda həmçinin Aleksandr Şakutin, Vladimir Peftiyev, Anatoli Ternavski, Pavel Topuzidis, Yevgeni Baskin və Valentin Baikonun da adı var.
//Gülnarə Abasova, Editor.az

