Kanada “F-35” alırbackend

Kanada “F-35” alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanada öz hərbi aviasiyasının tərkibində olan təyyarələri dəyişmək istəyir. Editor.az “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bununla əlaqədar Kanadanın Əmək naziri Filomen Tassi və Müdafiə Naziri Anita Anand birgə mətbuat konfransı keçirib. Mətbuat Konfransı zamanı nazirlərin hər ikisi Kanada ordusuna yeni təyyarələrin almağın zəruri olduğunu bildirib.

Kanada Kral Hava Qüvvələrinin zabiti McDonnell Duqlas isə artıq “F-35” alınması üçün istehsalçı “Lockheed Martin” şirkəti ilə danışıqların başlandığını bildirib. Əldə olunacaq “F-35″lər “CF-18” Hornet tipli döyüş təyyarələrini əvəz etmək üçün nəzərdə tutulub.

Kanada dövləti ilkin olaraq 88 ədəd “F-35” almağı planlaşdırır. Hökumətin əsas hədəfi ilin sonuna qədər təyyarələrin alınması üçün razılığın əldə olunması, 2025-2032-ci illər ərzidə isə təhvil-təslim prosesinin yekunlaşmasıdır.

Ancaq “Lockheed Martin” şirkəti ilə razılığın əldə olunması təqdirdə hökumətin alternativ olaraq İsveçin “Saab” şirkəti ilə danışıqlara başlayacağı da bildirilib.

Qeyd edək ki, 1997-ci ildən başlanılan “F-35” təyyarə layihəsinə Kanada hökuməti 613 milyon sərmayə yatırıb.

//Nəzərbəy Hacıağayev, Editor.az