Kanadanın “The Globe and Mail” nəşri mənbələrə istinadən xəbər verir ki, Kanada və Hindistan 2,8 milyard dollarlıq uran ixracı müqaviləsi bağlamağa yaxındırlar.
İlkin məlumata görə, Hindistan 10 il müddətinə Kanada uranını almağa hazırdır.
Uran Kanadanın “Cameco Corp” şirkəti tərəfindən təmin ediləcək. Nəşr qeyd edir ki, ixrac müqaviləsi Kanada və Hindistan arasında daha geniş nüvə əməkdaşlığının bir hissəsi ola bilər.
Qeyd edək ki, nüvə elektrik stansiyaları Hindistanın elektrik enerjisi istehsalının 3%-dən çoxunu təşkil etmir və 2024-2025-ci illərdə maksimum 56,7 TVt/saat olub. 2025-ci ilin aprel ayına olan məlumata görə, ölkədə ümumi quraşdırılmış gücü 8880 MVt olan yeddi nüvə elektrik stansiyasında 25 nüvə reaktoru var idi. Qəbul edilmiş nüvə enerjisinin inkişafı proqramının bir hissəsi olaraq ümumi gücü 8700 MVt olan daha on bir reaktor tikilir.
//Samir Qurbanov, Editor.az

