Kanada hökuməti 2023-2026-cı illərdə Ukraynaya 1 milyard dollar hərbi yardım edəcəkbackend

Kanada hökuməti 2023-2026-cı illərdə Ukraynaya 1 milyard dollar hərbi yardım edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanada Hökuməti 2023-2026-cı illər üçün yenilənmiş iqtisadi hesabat dərc edib.

Editor.az hökumətin saytındakı sənədə istinadən bildirir ki, Kanada göstərilən müddət ərzində Ukraynaya dəstək üçün 1 milyard 331 milyon Kanada dolları (indiki məzənnə ilə təxminən 971,5 milyon dollar) ayırmağı planlaşdırır.

Layihəyə əsasən, 2023-2024-cü maliyyə ilində Kanada hökuməti Ukraynaya hərbi yardım üçün 816 milyon Kanada dolları (595,6 milyon dollar), 2024-2025-ci maliyyə ilində 318 milyon Kanada dolları (232,1 milyon dollar) və 2025-2026-cı illərdə – 197 milyon Kanada dolları (143,8 milyon dollar) ayıracaq. CTV telekanalının məlumatına görə, Rusiya və Ukrayna arasında hərbi münaqişə başlayandan 2023-cü ilin sentyabrına qədər Kanada Kiyevə 10 milyard Kanada dollarından (7,2 milyard dollar) çox hərbi yardım edib. Kanada da Ukrayna əsgərlərinə təlim keçmək üçün öz ordusunu Avropaya göndərib və 175 mindən çox ukraynalı qaçqını qəbul edib.

/Samir Qurbanov, Editor.az