Kanada ilə Danimarka arasındakı ada mübahisəsi sona çatdıbackend

Kanada ilə Danimarka arasındakı ada mübahisəsi sona çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danimarka və Kanada arasında mübahisəyə səbəb olan ada məsələsi sona çatdı. Tərəflər 1 kvadrat kilometr olan adanı yarı-yarıya bölüb. Editor.az  xarici mətbuata istinadən xəbər verir ki, beləliklə Kanadanın ilk dəfə Avropa ölkəsi ilə sərhədi olub.

Xatırladaq ki, Kanada və Danimarka kiçik bir qaya parçası üçün 1971-ci ildən mübahisə edir. 1973-cü ildə tərəflər arasında bir razılaşmalar olsa da adanın kimə məxsus olması həlli tapmamışdı.

Qeyd edək ki, Xarici işlər nazirləri razılaşma zamanı bir-birlərinə viski də hədiyyə edib. İki ölkə tərəfindən imzalanmış razılaşmanın ölkə parlamentlərində təsdiq olunması gözlənilir.

//Nəzərbəy Hacıağayev, Editor.az