Kanada ilə Hindistan arasında diplomatik gərginlikbackend

Kanada ilə Hindistan arasında diplomatik gərginlik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan 40-a yaxın kanadalı diplomatın oktyabrın 10-dək ölkəni tərk etməsini tələb edib.

Editor.az bildirir ki, bu barədə “Financial Times” (FT) mənbələrə istinadən xəbər yayıb.

Onların sözlərinə görə, Hindistan hakimiyyəti göstərilən tarixdən sonra qalanların diplomatik toxunulmazlığını ləğv etməklə hədələyib. Kanada Xarici İşlər Nazirliyi və Hindistan hökuməti məlumatı şərh etməkdən imtina ediblər. FT-nin həmsöhbətlərindən birinin aydınlaşdırdığı kimi, Kanadanın Hindistanda 62 diplomatı var və Yeni Dehli bu sayın 41 nəfər azaldılmasını tələb edib. Nəşr yazır ki, “Kanadanın Yeni Dehlidəki diplomatik missiyasında Hindistanın Ottavadakı diplomatik nümayəndəliyindən bir neçə dəfə çox diplomat var”.

Xatırladaq ki, sentyabr ayında Kanadanın baş naziri Castin Trüdonun Kanadada sikx icmasının liderlərindən birinin qətlində Hindistan kəşfiyyat xidmətlərinin əli ola biləcəyi açıqlamasından sonra iki ölkə arasında münasibətlər pisləşib. Kanada Xarici İşlər Nazirliyi yüksək rütbəli hind diplomatını ölkədən, Hindistan isə kanadalı diplomatı ölkədən çıxardığını açıqlayıb.

//Samir Qurbanov, Editor.az