Kanada İrana qarşı yeni sanksiyalar tətbiq edibbackend

Kanada İrana qarşı yeni sanksiyalar tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanada rəsmiləri nüvə sazişinin müddətinin başa çatması nəticəsində yaranan məhdudiyyətlərdən sonra İrana qarşı yeni sanksiyalar tətbiq edib.

Editor.az bu barədə Kanada Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verir. BMT-nin İrana raket proqramına görə tətbiq etdiyi sanksiyalar oktyabrın 18-də başa çatıb.

Kanada Xarici İşlər Nazirliyi Ottavanın İranın nüvə və raket proqramları ilə bağlı narahatlıqlar qaldığı üçün ABŞ, Böyük Britaniya və Aİ ilə koordinasiyalı şəkildə Tehrana təzyiqlərini davam etdirəcəyini bildirib. İran proqramlarında iştirak edən, onlara dəstək verən, yardım edən və ya maliyyələşdirən 18 şəxs və 56 təşkilata qarşı yeni sanksiyalar tətbiq edilib.

Xarici İşlər Nazirliyindən verilən açıqlamada, sanksiyaların İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) və əlaqədar təşkilatların hazırkı və keçmiş yüksək vəzifəli məmurlarını da hədəf aldığı bildirilib.

//Gülnarə Abasova, Editor.az