ABŞ prezidenti Donald Tramp Kanada, Qrenlandiya və Venesuelanı ABŞ əraziləri kimi göstərən xəritə dərc edərək dünya liderlərini bir daha lağa qoyub.
Süni intellektdən istifadə edilərək yaradılan görüntüdə Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Keyr Starmer də daxil olmaqla Avropa liderləri xəritəyə baxarkən Tramp ilhaq edilmiş əraziləri göstərir.
ABŞ prezidenti şəkli heç bir şərh əlavə etmədən özünün “Truth Social” səhifəsində paylaşıb.
//Samir Qurbanov, Editor.az

