Kanada Ukraynadır – Dmitri Medvedyev Volodimir Zelenskinin fərmanına istehza ilə cavab verdibackend

Kanada Ukraynadır – Dmitri Medvedyev Volodimir Zelenskinin fərmanına istehza ilə cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna prezidenti Volodimir Zelenskinin “Rusiyanın tarixən ukraynalıların məskunlaşdığı əraziləri haqqında” fərmanını “cəbhədəki uğursuzluqdan qaynaqlanan sadə təbliğat addımı” adlandırıb.

Rusiya siyasətçisinin fikrincə, bununla da o, Rusiyaya qarşı ərazi iddiaları haqqında fərman imzalayıb.

“Ukraynalılar rus olduğuna və “Kiçik Rusiya” (yəni Ukrayna) isə Rusiyanın bir hissəsi olduğu üçün burada şərh verməyə heç nə yoxdur. Və ən əsası “ukraynalı” ifadəsini ləğv eləmək vaxtıdır.

Çünki o, tezliklə Kanadanı da özünə birləşdirəcək”, – deyə Dmitri Medvedev Telegram kanalında yazıb. Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Dmitri Novikov da Ukrayna prezidentinin fərmanına münasibət bildirib. Lenta.ru ilə söhbətində parlamentari sənədin imzalanmasını “sağlam düşüncə ilə heç bir əlaqəsi olmayan” “qeyri-adekvat qərar” adlandırıb. O, bu fərmandan heç bir real hüquqi və ya digər nəticələr gözləmir.

Xatırladaq ki, Zelenskinin fərmanına əsasən, ukraynalıların tarixən yaşadıqları bölgələrə Kuban, Starodubşina, Şimali və Şərqi Slobojanşçina – müasir Rostov, Belqorod, Bryansk, Kursk, Voronej vilayətləri və Rusiyanın Krasnodar diyarının tərkibindəki ərazilər daxildir.

//Samir Qurbanov, Editor.az