Kanada Ukraynaya Amerika silahları almaq üçün 500 milyon dollar ayıracaqbackend

Kanada Ukraynaya Amerika silahları almaq üçün 500 milyon dollar ayıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanada Ukraynanın Prioritet Ehtiyaclar Siyahısı (PURL) proqramı çərçivəsində Ukrayna üçün Amerika silahlarının alınmasına 500 milyon dollar ayıracaq.

Editor.az xəbər verir ki, bu məlumatı Ukrayna Müdafiə Nazirliyi öz teleqram kanalında yayıb.

Departamentin rəhbəri Denis Şmihal Kanadanın müdafiə naziri Devid MakQinti ilə görüşüb. Görüşdə sənaye əməkdaşlığının genişləndirilməsi, xüsusilə pilotsuz uçuş aparatlarının birgə istehsalına investisiyalar müzakirə edilib.

Müdafiə Nazirliyi Şmyhaldan sitat gətirib: “Ona İHA, döyüş sursatı və çoxtərəfli təşəbbüslər daxil olmaqla, 1 milyard dollarlıq hərbi yardım paketinə görə təşəkkür etdim. Biz həmçinin Kanadanın Ukrayna üçün Amerika silahlarının alınması üçün PURL proqramına təxminən 500 milyon dollarlıq töhfəsini yüksək qiymətləndiririk”.

Qeyd edək ki, bir gün əvvəl Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransı zamanı Kanadanın baş naziri Mark Karni təhlükəsizlik zəmanəti altında Ukraynaya ölkənin silahlı qüvvələrinin yerləşdirilməsini istisna etməyib.

//Gülnarə Abasova, Editor.az