Kanada Ukraynaya yeni hərbi yardım paketi verəcəkbackend

Kanada Ukraynaya yeni hərbi yardım paketi verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanada rəsmiləri Ukraynaya 500 milyon Kanada dolları (367 milyon dollar) hərbi yardım paketi verməyi planlaşdırır.

Editor.az xəbər verir ki, bu barədə Milli Post məlumat yayıb. Qeyd olunub ki, yeni yardım paketi Vaşinqtonda keçiriləcək NATO sammitində Kanadanın baş naziri Castin Trüdo tərəfindən açıqlanacaq. Hərbi yardımın təfərrüatları açıqlanmayıb. Nəşr onu da qeyd edir ki, Trüdo ABŞ-da Ukrayna prezidenti Volodimir Zelenski ilə şəxsən görüşməlidir. Kanada hökumətinin yüksək rütbəli rəsmisi də nəşrə bildirib ki, Şimali Amerika dövləti ukraynalı pilotlara döyüş təyyarələrinin istismarı üzrə təlim keçmək üçün böyük səylər göstərəcək.

Bundan əvvəl NATO-nun gələn il Ukraynaya hərbi ehtiyacları üçün ən azı 40 milyard avro ayıracağı məlum idi. Bu qərar Alyansın Vaşinqtonda keçirilən sammitinin yekunlarına əsasən qəbul edilib. Bu fondlar “davamlı təhlükəsizlik yardımı” təmin etmək üçün “minimum əsas maliyyələşdirmə” adlanır.

//Gülnarə Abasova, Editor.az