Kanada və Ukrayna Kiyevdə hərbi məhsulların birgə istehsalına dair saziş imzalayıblar.
Editor.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıxal özünün teleqram kanalında yazıb.
Saziş iki ölkə arasında müdafiə-sənaye sahəsində əməkdaşlığın dərinləşdirilməsi və hər iki ölkədə yeni istehsal müəssisələrinin yaradılmasının genişləndirilməsi məqsədi daşıyır.
Smyhal əlavə edib ki, əldə olunan razılaşmalar texnologiya mübadiləsini asanlaşdıracaq və uzunmüddətli perspektivdə Ukrayna Silahlı Qüvvələrini müasir silah və hərbi texnika ilə təmin edəcək.
Kanadanın baş naziri Mark Karni avqustun 24-də Kiyevə silah tədarükü üçün 1 milyard dollar ayrıldığını açıqlayıb.
Karni qeyd edib ki, Kanada münaqişə başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin 45 min əsgərinin təliminə yardım edib. O, həmçinin Ukraynanın Müstəqillik Gününü qeyd edib və bir milyondan çox etnik ukraynalının Kanadanı öz vətənləri hesab etdiyini vurğulayıb.
//Gülnarə Abasova, Editor.az

