Kanada yanğınlarının tüstüsü Avropaya çatır: daha da qırmızı gün batımları gözlənilirbackend

Kanada yanğınlarının tüstüsü Avropaya çatır: daha da qırmızı gün batımları gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadada meşə yanğınlarının tüstüsü Atlantik okeanını keçərək Avropaya çatıb.

Editor.az xəbər verir ki, Copernicus Atmosfer Monitorinq Xidməti tüstü buludlarının xüsusilə İngiltərə və şimal-qərbi Avropada təsirli olacağını, lakin havanın keyfiyyətində ciddi pisləşmənin gözlənilmədiyini açıqlayıb.

Kanadanın Manitoba, Saskaçevan və Ontario əyalətlərində baş verən güclü meşə yanğınları nəticəsində yüksələn tüstü buludları Atlantik okeanını keçərək Avropaya çatıb. Kopernik Atmosfer Monitorinq Xidmətinin məlumatına görə, bu tüstülərin Avropa qitəsinə, xüsusilə İngiltərə üzərindən yayıldığı bildirilib. Mütəxəssislər tüstünün daha çox atmosferin yuxarı təbəqələrində yayıldığını və yer səviyyəsində havanın keyfiyyətinə ciddi təsirin gözlənilmədiyini açıqlayıb.

Vizual effektlər arasında tüstü səbəbiylə daha çox qırmızımtıl gün batımının olacağı, yanğınlar səbəbindən bölgədə minlərlə insanın təxliyə edildiyi bildirilib.

//Gülnarə Abasova, Editor.az