Kanadanın bir çox şəhərində havanın temperaturu rekord həddə çatıb.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kanada Ətraf Mühit və İqlim Dəyişikliyi Agentliyi (ECCC) məlumat yayıb.
Bildirilib ki, Manitoba ştatının Vinnipeq şəhərində havanın temperaturu 37 dərəcəyə qalxaraq 1888-ci ildəki 33,3 dərəcə, Karman şəhərində 36,9, 1911-ci ildə 32,8, Altona şəhərində isə 37 dərəcəyə yüksəlib. Dünən ölçülən 36,9 dərəcə istilik, 1988-ci ildəki 34,5 dərəcə istilik rekordunu yeniləyib. Eyni zamanda, həddindən artıq temperatur və rütubət artımının digər şəhərlərdə də müşahidə oluna biləcəyi xəbərdarlığı edilib.
//Gülnarə Abasova, Editor.az

