Kanadada güclü fırtına səbəbindən ölənlərin sayı artıbbackend

Kanadada güclü fırtına səbəbindən ölənlərin sayı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadanın Ontario və Kvebek əyalətlərində həftə sonu baş verən fırtınada ölənlərin sayı 10-na yüksəlib.

Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, əyalətlərdə saatda 120 kilometrə çatan külək səbəbindən minlərlə insan işıqsız qalıb, ağaclar aşıb, elektrik naqilləri zədələnib.

Kanadanın Elektrik şirkəti “Hydro One” 185 min insanın hələ də elektriksiz qaldığını bildirib. Ancaq şirkət görülən tədbirlər nəticəsində 385 min nəfər insanın elektrik enerji ilə təmin olunduğunu bildirib.

Təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün paytaxt Toronto və Nyu-Brunsvik əyalətindən xilasetmə qruplarının gəlməsi gözlənilir.

// Nəzərbəy, Editor.az