Kanadadan Ukraynaya 24,3 milyon dollar yardımbackend

Kanadadan Ukraynaya 24,3 milyon dollar yardım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadanın Ukraynanı hava hücumundan müdafiə avadanlıqları ilə təmin edən Böyük Britaniyanın rəhbərlik etdiyi tərəfdaşlığa 24,3 milyon dollar (33 milyon Kanada dolları) töhfə verəcəyi açıqlanıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, açıqlamada dəstəyin Ukraynanın ehtiyac duyduğu qısa və orta mənzilli hava hücumundan müdafiə raketləri və əlaqəli sistemləri təmin edən ortaqlığa verildiyi vurğulanıb.

Açıqlamada sözügedən tərəfdaşlığın 2023-cü ilin iyun ayında Böyük Britaniyanın rəhbərliyi ilə Danimarka, Hollandiya və ABŞ daxil olmaqla, müxtəlif ölkələr tərəfindən qurulduğu və tərəfdaşlığın Rusiyanın raket və pilotsuz uçuş aparatlarının hücumlarına qarşı Ukraynanın müdafiəsini dəstəkləmək üçün “təcili ehtiyac duyulan” hava resurslarını təmin edəcəyi bildirilib.

//Safura Bənnayeva, Editor.az