Kanadanın McGill Universitetinin alimləri xəbərdarlıq ediblər ki, istixana qazlarının emissiyalarının artması və iqlim dəyişikliyi nəticəsində dəniz səviyyəsinin yüksəlməsi bir çox sahilyanı şəhərlərin məhv olmasına gətirib çıxara bilər.
Editor.az xəbər verir ki, bu barədə Urban Sustainability jurnalında dərc olunan yeni elmi hesabatda məlumat verilib.
Tədqiqatda bildirilir ki, xüsusilə Cənub-Şərqi Asiya, Cənubi və Mərkəzi Amerika, eləcə də Afrika ölkələrində yerləşən icmalar ciddi daşqın riski altındadır. Alimlərin hesablamalarına görə, dünyada mövcud olan 840 milyon sahil binasından təxminən 136 milyonu 2100-cü ilə qədər dəniz səviyyəsinin 20 metrədək qalxması nəticəsində zədələnə bilər.
Araşdırmada qeyd olunur ki, bu binaların böyük əksəriyyəti sıx məskunlaşmış və alçaq ərazilərdə yerləşir. Limanlar, infrastruktur obyektləri və mədəni irs nümunələri də təhlükə altındadır.
//Gülnarə Abasova, Editor.az

