Kanadanın Baş naziri Karni: ABŞ-ın yeni vergiləri köklü dəyişikliklərə səbəb olacaqbackend

Kanadanın Baş naziri Karni: ABŞ-ın yeni vergiləri köklü dəyişikliklərə səbəb olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident Tramp beynəlxalq ticarət sistemini kökündən dəyişdirəcək tədbirləri açıqlayıb”.

Editor.az xəbər verir ki, bunu Kanadanın baş naziri Mark Karni ABŞ Prezidenti Donald Trampın vergi açıqlamalarından sonra verdiyi açıqlamada deyib. O, ABŞ-ın tətbiq etdiyi idxal rüsumlarının qlobal ticarətdə köklü dəyişikliklərə səbəb olacağını, ABŞ iqtisadiyyatına mənfi təsir göstərəcəyini və Kanadanın reaksiyasını tətikləyəcəyini bildirib.

Bundan əlavə, Carney yeni vergilərin təsirlərinin zamanla daha da pisləşəcəyini və ABŞ-ın özünə zərər verəcəyini qabaqcadan gördüyünü bildirib.

Ottava vətəndaşlarını və iqtisadiyyatını qorumaq üçün də cavab hazırladığını əlavə edən Carney deyib: “Bu vergilərlə mübarizə aparacağıq, işçilərimizi qoruyacağıq və G7 ölkələri arasında ən güclü iqtisadiyyatı yaradacağıq”.

//Gülnarə Abasova, Editor.az