Kanadanın Baş naziri Karni Çin Prezidenti Si Cinpinqlə görüşübbackend

Kanadanın Baş naziri Karni Çin Prezidenti Si Cinpinqlə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadanın Baş naziri Mark Karni Çin Xalq Respublikasının Prezidenti Si Cinpinqlə Pekində yerləşən Xalq Böyük Zalında görüş keçirib.

Editor.az xəbər verir ki, bu səfər Kanada rəhbərliyinin 2017-ci ildən sonra Çinə etdiyi ilk rəsmi ziyarət olub. Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin mövcud vəziyyəti və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Mark Karni bildirib ki, tərəflər kənd təsərrüfatı, enerji və maliyyə sektorları da daxil olmaqla hər iki ölkə üçün qarşılıqlı fayda gətirə biləcək sahələrə fokuslanmalıdır. O qeyd edib ki, bu əməkdaşlıq iki ölkə üçün sabitlik, təhlükəsizlik və rifahın təmin olunmasına xidmət edəcək.

Çin Prezidenti Si Cinpin isə çıxışında Mark Karninin vəzifəyə başladıqdan sonra Çinə ilk səfərini həyata keçirdiyini və bunun səkkiz ildən sonra bir Kanada Baş nazirinin Çinə etdiyi ilk rəsmi ziyarət olduğunu vurğulayıb.

Si Cinpin Mark Karnini Çin-Kanada münasibətlərinin gələcək inkişafı istiqamətində birgə çalışmağa hazır olduqlarını bildirərək, “Tarixə, xalqlarımıza və dünyaya qarşı məsuliyyət hissi ilə Çin–Kanada əlaqələrini daha da irəli aparmaq üçün sizinlə işləməyi səbirsizliklə gözləyirəm”, – deyə qeyd edib.

//Gülnarə Abasova, Editor.az