Kanadanın Baş naziri: Netanyahu ölkəyə gəlsə, həbs ediləcəkbackend

Kanadanın Baş naziri: Netanyahu ölkəyə gəlsə, həbs ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadanın baş naziri Mark Karni bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahu Kanadaya səfər edərsə, o, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) çıxardığı həbs orderinə əsasən saxlanılacaq.

Editor.az xəbər verir ki, bu barədə Kanadanın hökumət başçısı xarici mediaya verdiyi açıqlamada bildirib.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Qalant barəsində Qəzza zolağında hərbi əməliyyatlar zamanı hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətməkdə ittiham irəli sürüb. İsrail tərəfi isə bu ittihamları rədd edir.

Jurnalistin Kanadanın bu qərarı icra edib-etməyəcəyi ilə bağlı sualına cavab verən Mark Karni qısa şəkildə “bəli” cavabını verib, lakin əlavə şərh verməkdən imtina edib.

Kanadanın baş naziri həmçinin qeyd edib ki, Fələstin dövlətinin tanınması onun siyasətinin prioritet istiqamətlərindən biridir. Karni bildirib ki, bu qərar Netanyahu hökumətinin addımlarının Fələstin dövlətinin yaradılması perspektivlərini qəsdən məhdudlaşdırdığı qənaəti ilə əlaqədardır.

//Gülnarə Abasova, Editor.az