Kanadanın baş naziri: “Ukraynanın şərqindəki referendumları tanımırıq, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyik”backend

Kanadanın baş naziri: “Ukraynanın şərqindəki referendumları tanımırıq, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadanın baş naziri Castin Trüdo Ukraynanın şərqindəki Donbass, Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşmək üçün keçirilən referendumları tanımadıqlarını açıqlayıb.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, Trüdo yazılı açıqlamasında Ukraynanın qanunsuz işğal olunmuş Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində Rusiyanın təşkil etdiyi qondarma referendumların heç bir legitimliyi olmadığını bildirib.

Trüdo bəyanatında deyib: “Seçicilərin zorla qorxudulması ilə bağlı çoxsaylı məlumatlar var və Putinin xəritəni istədiyi kimi yenidən çəkə biləcəyi fikri ilə əsaslandırılan bu referendumlar beynəlxalq hüququ açıq şəkildə pozur. Ukrayna ərazisini qeyri-qanuni ilhaq etmək cəhdini tanımır və heç vaxt tanımayacaq”.

Ölkəsinin Ukraynaya dəstəyini davam etdirəcəyini vurğulayan Trüdo Rusiyaya yeni sanksiyalar tətbiq etməyi planladıqlarını açıqlayıb.

//Gülnarə Abasova, Editor.az