Kanadanın silah anbarları boşalıb – müdafiə naziri Bill Bleyrbackend

Kanadanın silah anbarları boşalıb – müdafiə naziri Bill Bleyr

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadanın müdafiə naziri Bill Bleyr bildirib ki, Ottavanın Kiyevə ötürülməsi üçün artilleriya mərmiləri və zenit raketləri qalmayıb.

Onun sözlərinə görə, ölkə Ukraynaya hərbi tədarüklərə görə “anbarları boşaldıb”: “Biz getdik və anbarı boşaltdıq” deyə Blair Kanadanın “The Globe and Mail” qəzetinə vəziyyəti şərh edib.

Nəşr iddia edir ki, “bu, tam belə deyil”. Adı açıqlanmayan hərbi mənbə deyib ki, kanadalı generallar “daha çox şey verməyə hazırdırlar, lakin kritik avadanlıqlar hədiyyə edilərsə, onların heç vaxt dəyişdirilməyəcəyi ilə bağlı narahatlıqlar var”. Qəzet qeyd edir ki, yaxın bir neçə gün ərzində Ukraynada zenit sursatları tükənə bilər.

//Samir Qurbanov, Editor.az