Kanal rəhbəri saxlanıldıbackend

Kanal rəhbəri saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnternet TV-lərdən birinin rəhbəri kimi təqdim olunan Kərimov Teymur polis əməkdaşları tərəfindən saxlanılıb.

Editor.az oxu.az-a istinadən xəbər verir ki, dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında Kərimov Teymur barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələbetmə

maddəsi ilə cinayət işi başladılıb. İstintaq hərəkətləri aparılır.

Məlumatı redaksiyamıza Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı təsdiqləyib.