Kanallarımızdakı layihələr, aparıcılar, konseptlər insana sadəcə mənəvi işgəncə verir:  “Bu tip verilişlərə baxanları anlaya bilmirəm”backend

Kanallarımızdakı layihələr, aparıcılar, konseptlər insana sadəcə mənəvi işgəncə verir:  “Bu tip verilişlərə baxanları anlaya bilmirəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bildirdiyimiz kimi, “ARB” kanalında yayımlanan “Həmin Zaur” verilişində gərgin anlar yaşanıb. Belə ki, proqramın aparıcısı Zaur Kamalla iranlı müğənni Afşin Azəri arasında mübahisə yaranıb.Daha sonra Z.Kamal müğənnini efirdən qovub. Aparıcının bu addımı birmənalı qarşılanmayıb, bəziləri onun bu hərəkətinin tərbiyəsizlik olduğunu bildiriblər. Ümumiyyətlə, son vaxtlar kanallarda bu cür efir mədəniyyətsizliyi, verilişlərdəki belə qeyri-etik hadisələr tez-tez yaşanır.

Sosioloq Lalə Mehralı Editor.az-a açıqlamasında bildirib ki, kulisdə aparıcı qonaqla olan söhbətinin qisasını efirdə alaraq çox böyük mədəniyyətsizlik nümayiş etdirdi:

” Aparıcı qonağı efirə çıxartmaq istəmirsə, bunu əvvəlcədən düşünməli idi. Yoxsa onu kamera qarşısında rüsvay etməyə çalışmaq böyük mədəniyyətsizlik və tamaşaçıya olan hörmətsizlikdir. Ancaq aparıcı istəyinə nail olmadı, qonaq kifayət qədər mədəni formada özünü ifadə etdi. Mən ümumiyyətlə sözügedən aparıcının proqramlarına ümumiyyətlə, baxmıram. Televiziya kanallarımızda yayımlanan şou, sosial mədəni olduğu iddia edilən ancaq qeyri-etik xarakterli verilişlərə baxaraq öz zövqümü korlamaq istəmirəm. Ötən gün yayımlanan sosial verilişlərin birinə 5 dəqiqə baxmaq məcburiyyətində qaldım və həmin vaxt ərzində mən mənəvi deqredasiya yaşadım. Bəzi sosial layihələrə baxanda insanın psixologiyası pozulur, üzərinə mənəvi narahatlıq çökür. Bu tip verilişlərə baxanları anlaya bilmirəm. Bir insan özünə niyə bu qədər əziyyət versin ki? Günah aparıcılarda deyil, günah belələrinə bu ixtiyarı verən kanal rəhbərlərindədir. Əvvəllər verilişlərə baxanda ruhumuz mənəvi qidalanır, insan istirahət edirdi. İndi isə efirdə olan layihələr, aparıcılar, konseptlər sadəcə mənəvi işgəncədir”.

//Gülnarə Abasova, Editor.az