Aprelin 17-də İtaliyanın Neapol şəhəri yaxınlığındakı Faito dağı ərazisində kanatda olan kabinələrdən biri uçub, 4 nəfər həlak olub.
Editor.az bildirir ki, bu barədə ANSA agentliyi məlumat yayıb. Kabindəki kabel qırılıb və nəticədə o, böyük hündürlükdən meşəlik əraziyə düşüb. Salonda beş nəfər olub: iki cüt xarici turist və kanat yoluna xidmət göstərən EAV şirkətinin əməkdaşı.
Yalnız bir qadın sağ qalıb və o, xəstəxanaya aparılıb. ANSA xəbər verir ki, zərərçəkənin vəziyyəti ağırdır.
Dağılandan sonra digər kabinlər dayanıb, xilasedicilər təxminən 20 m hündürlükdə sıxılmış vəziyyətdə qalan insanları təxliyə ediblər. Agentlik qeyd edir ki, kanat yolu 10 gün əvvəl işə salınıb. Yerli prokurorluq naməlum şəxslərə qarşı ehtiyatsızlıqdan sağlamlığa zərər vurma və bir neçə nəfəri qəsdən öldürmə maddəsi ilə cinayət işi açıb.
//Samir Qurbanov, Editor.az