Kapital Banka yeni rəhbər təyin edildibackend

Kapital Banka yeni rəhbər təyin edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kapital Banka yeni rəhbər təyin edilib.

Editor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə bankın səhmdarlarının ümumi yığıncağında qərar qəbul olunub.

Qərara əsasən, Kapital Bankın İdarə Heyətinin sədri, Baş İcraçı direktoru Rövşən Allahverdiyev vəzifəsindən azad olunaraq Müşahidə Şurasının sədri təyin olunub. Digər qərarla Bankın İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov İdarə Heyətinin sədri, Baş İcraçı direktor təyin edilib.

Qeyd edək ki, bu təyinatlara qədər Kapital Bankın müşahidə şurasının sədri “PAŞA Holdinq”in Baş İcraçı direktoru Cəlal Qasımov idi. O, bundan sonra fəaliyyətini Müşahidə şurasının üzvü kimi davam etdirəcək.

Kapital Bankın səhmlərinin 99,87%-i PAŞA Holding-ə, 0,13%-i isə fiziki şəxslərə aiddir.