Karantin qaydaları yenidən sərtləşdirilir: Qərargahın brifinqinin vaxtı məlum oldubackend

Karantin qaydaları yenidən sərtləşdirilir: Qərargahın brifinqinin vaxtı məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus infeksiyasının son günlər artması səbəbindən xüsusi karantin rejimi çərçivəsində bəzi məhdudiyyətlərin yenidən tətbiq ediləcəyi gözlənilir.

Pravda.az-ın mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah yaxın günlərdə qərar verəcək.

Qərargahın brifinqi martın 13-nə təyin edilib. Brifinqdə yeni qərarlar açıqlanacaq.

Məlumata görə, məhdudiyyətlər daha çox martın 20-28-də qeyri-iş günlərini əhatə edə bilər. Belə ki, həmin günlərdə Bakı şəhəri daxil olmaqla, virusun geniş yayıldığı şəhər və rayonlarda ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılması nəzərdə tutulur.

Qeyd: Son günlər ölkəmizdə koronavirusa yoluxma hallarında kəskin artım müşahidə olunur və yoluxma sağalmanı üstələyib.