Karantin rejimi sərtləşdirilir? – “Yoluxma sayi 500 nəfəri keçərsə…”backend

Karantin rejimi sərtləşdirilir? – “Yoluxma sayi 500 nəfəri keçərsə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda müraciət edən xəstələrin kliniki simptomları ilə əvvəlkilər arasında müəyyən fərqlər müşahidə edilir”.

Bunu Pravda.az-a açıqlamasında  Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti İlham Bayramov deyib.

İ.Bayramov bildirib ki, bir müddət əvvəl daha çox iy və dad bilmənin itməsi ilkin simptomlar idisə, indi koronavirusa yoluxanlar arasında daha çox mədə-bağırsaq traktının pozulmasına rast gəlinir.

Karantin rejiminin sərtləşdirilməsi ilə bağlı danışan həkim infeksionist əlavə edib ki, əgər gün ərzində yoluxma sayi 400-500 nəfəri keçərsə, yalnız  o halda karantin rejiminin sərtləşdirilməsinə ehtiyac duyular: “Çünki hazırda vaksinasiya tədbirləri davam etdirilir, I mərhələdən keçənlər artıq II dəfə peyvənd vurdururlar. Bu qədər artım üçün karantin rejiminin sərtləşdirilməsi tədris kimi bir sıra proseslərin də məhdudlaşdırılmasına gətirib çıxarır ki, bu psixiloji problemlərə səbəb olur. Lakin yoluxma sayı hazırki epidemioloji göstəricidən çox yüksək olarsa, təbii ki, sərt karantin rejimi tətbiq edilməlidir”.