Karantin rejimi sərtləşdirilsin, yollar bağlansın… – Həkimdən TƏKLİFbackend

Karantin rejimi sərtləşdirilsin, yollar bağlansın… – Həkimdən TƏKLİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda ölkədə yoluxma sayı artmaqda davam edir. Artıq gündəlik yoluxma 500-600 nəfər civarındadır. Qarşıdan Novruz bayramının gəlməsi və bununla əlaqədar müəyyən edilən qeyri-iş günləri də sayın artmasına əlverişli şərait yarada bilər”.

Publika.az xəbər verir ki, bu sözləri hepatoloq, infeksionist Mərdan Əliyev deyib.

İnfeksionist bildirib ki, sərtləşməyə gedilmək üçün münbit şərait yaranıb: “Hazırda sərtləşmə pandemiya ilə mübarizə çərçivəsində daha faydalı ola bilər. Təbii ki, sərtləşməyə gedilməsi Nazirlər Kabineti tərəfindən müəyyən olunacaq. Artım tendensiyasının qarşısını almaq üçün mümkündür ki, paytaxt-rayonlar və rayonlararası gediş-gəlişin məhdudlaşdırılması bayram ərəfəsində, hər halda, faydalı ola bilər. Çünki bayram vaxtı rayonlara kütləvi axın gözlənilir. Bu da yoluxma sayının sürətlə artması deməkdir. Yolların bağlanması, ən azı, tendensiyasının qarşısını ala bilər”.

Mərdan Əliyev - Hepatoloq, İnfeksionist

Şamaxı Diaqnostika Mərkəzində regional vaksinasiya prosesinə rəhbərlik edən mütəxəssis prosesin intensivliyi ilə bağlı məsələyə də toxunub: “Hazırda ölkədə vaksinasiya prosesinin sürəti qənaətbəxş hesab oluna bilər. Mərkəzlər normal gücü ilə işləyir. Bəlkə də xəstəxanaların sayını artırmaq olar. Məsələn, rayonlarda bir klinika yox, iki və daha çox klinikada vaksinasiya aparıla bilər. Amma hazırkı vəziyyətdə normal hesab oluna bilər”.

Loading...