Karantin sərtləşdirildi: Bərbərxanalar, gözəllik salonları bağlandı…backend

Karantin sərtləşdirildi: Bərbərxanalar, gözəllik salonları bağlandı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar yoluxma sayının sürətlə artdığı Belçikada yeni qərar verilib.

Pravda.az xəbər verir ki, Belçika hökumətinin mətbuat konfransından əvvəl açıqlanan qərarına uyğun olaraq məktəblər, bərbərlər, gözəllik salonlar, məcburi olmayan müəssisələr və dükanlar bağlanılacaq. Sözügedən məhdudiyyətlər aprelin 25-dək davam edəcək.

Epidemiyanın başladığı gündən bu yana 842 mindən çox korona virusu hadisəsinin aşkar edildiyi Belçikada, COVID-19 səbəbilə əlaqədar ölənlərin sayı 22.763 olaraq qeyd edilib.