“Karantin tədbirləri davam etdirilməlidir”backend

“Karantin tədbirləri davam etdirilməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibb professoru Adil Qeybulla sualları cavablandırıb.

Müsahibəni təqdim edirik.

– Doktor, hazırda ölkədə sərt karantin rejimi tətbiq edilib. Yoluxma statistikasına nəzarət itəndə siz də bunun vacibliyini qeyd etmişdiniz. Hazırda bununla bağlı fikirləriniz necədir?

– Yoluxma statistikasındakı artıma görə sərt karantin rejimi tətbiq edildi. Düşünürəm ki, bu tədbirlərin xeyri olacaq. Əlbəttə, bunsuz da keçinmək olardı. Qapalı mühitdə məcburi maska taxmaq, əllərin giriş-çıxışda dezinfeksiyası kimi tədbirlərə nəzarət edilsə idi, efeektli ola bilərdi.

– Siz qeyd edirdiniz ki, virus öz-özünə yox olacaq. Lakin ötən gün İngiltərədə COVID-19-un mutasiya keçirmiş növü aşkarlandı…

– Viruslar adətən kollektiv immunitet yaradaraq sıradan çıxırlar. RNT daşıyıcı, reboleklin turşu daşıyıcı genomundakı viruslar mutasiyaya meyillidirlər. Bu gün də yeni mutasiya növləri aşkar edilir. Koronavirus müəyyən müddətdən sonra yoxa çıxacaq. Əlbəttə, vaksinasiyanın da, kollektiv immunitettin də burada rolu olacaq. Bu müddət əbədi deyil.

– Koronavirusun mutasiya keçirmiş növünün nə kimi təhlükələri ola bilər?

– Hazırda mutasiyaya uğramış növün təhlükəsi haqqında tam məlumat yoxdur. Virusun kontegiozluğu məlum olsa da, virulentliyi haqqında bir şey deyilmir. İstər İngiltərə alimləri, istərsə də Ümumdünya Səhiyyə Təşkilatı yaxın günlərdə araşdırmalar nəticəsində bu ştamlar haqqında məlumat verərək. O zaman daha dəqiq rəy bildirmək olar.

– Vaksinasiya ilə pandemiyadan xilas ola bilərikmi?

– Düşünülən odur ki, həm vaksinasiya, həm də karantin tədbirləri birgə olmalıdır. Vaksinasiya pandemiyanın bitməsi demək deyil. Karantin tədbirləri paralel olaraq davam etdirilməlidir ki, proses sona yetsin.

– ABŞ, Rusiya, Çin kimi ölkələr vaksin istehsalı üzərində çalışır. Hansı ölkənin vaksini daha ümidvericidir?

– Hesab edirəm ki, qərb ölkələrinin, Amerikanın vaksin firmaları yüksək ixtisaslıdır. Onların vaksinləri daha keyfiyyətlidir və biz də keyfiyyətli vaksin sifariş etsək daha yaxşı olar. Çünki bu, əhalimizin genofondu üçün daha vacibdir.

Hazırkı vəziyyətdə virusun tüğyan etdiyi ölkələr arasında hansını daha təhlükəli olaraq qiymətləndirirsiniz?

– Düşünürəm ki, dünyada bu gün ABŞ, Braziliya, Hindistan, Rusiya kimi ölkələrdə vəziyyət ürəkaçan deyil. Dünya əhalisinin 4 milyarddan çoxu vaksinasiya olunmalıdır ki, kollektiv immunitet formalaşsın. Bu elə də asan deyil. Nəzərə alaq ki, bunların arasında yoluxanlar, xəstəliyi subklinik keçirənlər də var.

Vaksinasiya asan proses sayılmır. Bu zaman antiteldə əks-cismdən asılı olan güclənmə reaksiyasının baş verib-verməyəcəyi sual altındadır. Ümid edirəm ki, vaksinasiyanın və insanların məsələyə şüurlu yanaşması ilə prosesdən xilas olacağıq.Teleqraf