Karantini pozan Voloçkova cərimələndibackend

Karantini pozan Voloçkova cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva Şəhər Məhkəməsi karantin vaxtı Nijeqorod vilayətində Serafimov-Diveyevsk monastırını ziyarət edən Rusiyanın Əməkdar artisti, balerina Anastasiya Voloçkovaya 60 min rubl məbləğində iki cərimənin təyin edilməsini qanuni hesab edib.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “TASS” xəbər verib.

Qeyd edək ki, iyulun 22-də Moskvanın Tver Rayon Məhkəməsi Nijeqorod vilayətində Serafimov-Diveyevsk monastırını ziyarət edən Voloçkovaya fövqəladə vəziyyətin yaranması təhlükəsi zamanı qaydaların pozulmasına görə 20 min rubl məbləğində cərimə təyin etmişdi. Avqustun 3-də də məhkəmə balerinaya təkrar addımına görə növbəti dəfə cərimə təyin etmişdi – bu dəfə 40 min rubl.