“Karantinlə bağlı tətbiq olunmuş cərimələr artıq öz aktuallığını itirir”- Ləğvi GÖZLƏNİLİRMİ?- Deputatdan AÇIQLAMAbackend

“Karantinlə bağlı tətbiq olunmuş cərimələr artıq öz aktuallığını itirir”- Ləğvi GÖZLƏNİLİRMİ?– Deputatdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın paytaxtı Moskva şəhərinin meri Sergey Sobyanin karantin qaydalarının pozulmasına görə tətbiq olunan cərimələrin yığılmasının dayandırılacağını bildirib. Artıq bir çox ölkələrdə bununla bağlı cərimələr ləğv edilib. Azərbaycanda da Milli Məclisdə də bu məsələ bir neçə dəfə qaldırılıb.

Belə bir təklif parlamentə gələrsə, qəbul olunacaqmı?

Məsələ ilə bağlı Editor.az-a danışan Milli Məclisin deputatı Azər Badamov bildirib ki, karantinlə bağlı tətbiq edilən cərimələrin alınması Azərbaycanda da dayandırılsa yaxşı olar:

“Çünki bu, insanların sosial rifahına öz müsbət təsirini göstərəcək. Elə vətəndaşlarımız var ki, həmin məbləği ödəyə bilmirlər. Əlbəttə, cərimələr tətbiq olunan karantin rejimi ilə bağlı qaydalara əməl etməsi üçün insanların məsuliyyətinin artırılmasına xidmət edirdi. Ancaq bu gün Azərbaycanda demək olar ki, pandemiya bitib. Artıq gündəlik yoluxmaların sayı azalıb, aktiv xəstələrin sayı yox dərəcəsindədir. Belə olduqda, karantinlə bağlı tətbiq olunmuş cərimələr də öz aktuallığını itirir” .

Millət vəkili qeyd edib ki, cərimələrin ləğvi ilə bağlı müvafiq qurum qərar verməlidir.

“Müvafiq qurum tərəfindən cərimələrin ləğvi ilə bağlı belə bir qərar qəbul edilərsə və ya Milli Məclisə bununla bağlı qanun layihəsi daxil olarsa, biz də millət vəkilləri olaraq vətəndaşlarımızın rifahının yaxşılaşdırılmasına xidmət edəcək bu addımı dəstəkləyəcəyik”.

//Gülnarə Abasova, Editor.az