Karen Şahnazarov: “Azərbaycanlıların gec-tez öz ərazi bütövlüyünü bərpa edəcəkləri bəlli idi”backend

Karen Şahnazarov: “Azərbaycanlıların gec-tez öz ərazi bütövlüyünü bərpa edəcəkləri bəlli idi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı kinorejissor, Rusiyanın Xalq Artisti Karen Şahnazarov bildirib ki, Azərbaycan və Ermənistan gələcəkdə Dağlıq Qarabağda revanş alma ehtimalını istisna edəcək sülh müqaviləsi bağlamalıdırlar.

“Tərəflərin, nəticədə, gələcəkdə revanş tələb etməyəcək bir sülh bağlamaq üçün kompromis tapmağı daha yaxşıdır. Elə bir kompromis tapmaq lazımdır hər iki tərəfi razı salsın, sərhədləri açmağa, əməkdaşlıq etməyə imkan versin. Çox güman ki, bir müddət sonra yeni nəsil bu fürsətləri necə isə tapacaq, vaxt hər şeyi sağaldır… Bu cür hadisələr ilk dəfə deyil. Ötən əsrin 20-ci illərində oxşar hadisələr olmuşdu, amma sonra ermənilər və azərbaycanlılar normal yaşadılar, mənim atam Bakıda doğulub. Buna görə düşünürəm ki, bir növ prinsipial kompromis axtarmaq zəruriyyəti var. Ancaq təəssüflər olsun ki, indi gördüyüm budur ki, nə qədər çox qurban varsa, kompromis tapmaq bir o qədər çətindir”, deyə özünün Qıpçaq kökənli olduğunu dəfələrlə qeyd edən K. Şahnazarov Rusiyanın “Den TV” kanalının efirində bildirib.

K. Şahnazarovun fikrincə, münaqişə, ilk növbədə, Azərbaycanın ərazi toxunulmazlığına təsir edib və ölkəmizin ərazi bütövlüyü bərpa olunmalıdır.

“Mən etiraf etməyi vacib bilirəm ki, Azərbaycanın ərazi bütövlüyü problemi var və bunun (işğalı nəzərdə tutur – red) əbədi davam edəcəyi barədə illüziya Ermənistan rəhbərliyini pis vəziyyətdə qoydu. Şübhəsiz ki, maliyyə imkanlarına sahib olan azərbaycanlıların gec-tez öz ərazi bütövlüyünü bərpa edəcəkləri bəlli idi”, deyə K.Şahnazarov vurğulayıb.

K. Şahnazarov həmçinin Ermənistanın 20 il əvvəl bu münaqişəni sülh yolu ilə həll etmək şansının olduğunu qeyd etdi.

“Bu yaxınlarda Ermənistanın birinci prezidenti  Ter-Petrosyanın bir il əvvəl BBC telekanalına verdiyi müsahibəsini gördüm və çox maraqlıdır ki, erməni ictimaiyyətinin bir hissəsi onu görməzdən gəlib. Orada sabiq prezident qeyd edir ki, 1997-ci ildə praktiki olaraq razılığa gəlinib ki, azərbaycanlıların əzəli olaraq yaşadığı yeddi rayon bu ölkəyə qaytarılır və bir müddət sonra erməni tərəfi üçün müəyyən bir status nəzərdə tutulub.  Görünür bu status azərbaycanlılara da qane edirdi. Ancaq Ter-Petrosyanın qeyd etdiyi kimi, bu baş vermədi, çünki Qarabağda ermənilərinin  başında dayananlar buna qarşı idi. Erməni tərəfi son hərbi toqquşmalardan xeyli əvvəl kompromisə getməli idi”, deyə K. Şahnazarov söyləyib.