Karla Ançelotti “Real”dan gedir: onu bu əfsanə əvəz edəcəkbackend

Karla Ançelotti “Real”dan gedir: onu bu əfsanə əvəz edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur italiyalı mütəxəssis Karlo Ançelotti bu mövsümün sonunda “Real Madrid”dən ayrılmaq qərarına gəlib.

Editor.az bildirir ki, bu barədə ESPN məlumat yayıb. Məlumata görə, 63 yaşlı mütəxəssis Braziliyanın milli futbol komandasına rəhbərlik etməyə şərti razılıq verib və yerli federasiya ilə müqavilə üzrə danışıqların son mərhələsindədir.

Bildirilir ki, Ançelotti üç il müddətinə – 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatının sonuna qədər nəzərdə tutulan müqaviləyə imza atacaq. Mənbə qeyd edir ki, braziliyalı qalmaqallı futbolçular – Vinisius Junior, Eder Militao və Rodriqo artıq bundan xəbəri var. İtalyanın “Real” Madridlə 2024-cü ilin yayına qədər qüvvədə olan müqaviləsi olduğundan, tərəflər heç nəyi açıq şəkildə təsdiqləməyəcək. “Real” da öz növbəsində Karlo Ançelottinin gedişinə mane olmayacaq.

“Relevo” xəbər verir ki, “qaymaqlılar” İspaniya çempionatında lider “Barselona”dan 8 xal geri qaldığından, həmçinin İspaniya Superkubokunun finalında uduzduğundan, italiyalı mütəxəssis Madrid klubu rəhbərliyinin etimadını itirib. Mənbənin məlumatına görə, Ançelottinin istefaya göndəriləcəyi təqdirdə Madrid klubuna hazırda “Real Madrid”in gənclər komandasında məşqçi kimi çalışan əfsanəvi Raul Qonzales başçılıq edəcək.

  //Samir Qurbanov, Editor.az