Karlo Ancelotti ilkə imza atmaq ərəfəsindədirbackend

Karlo Ancelotti ilkə imza atmaq ərəfəsindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Real Madrid”in baş məşqçisi bu il “Real”ın sükanı arxasında La Liqanı qazanarsa heç kəsin indiyədək edə bilmədiyi bir ilkə imza atacaq. Editor.az-ın Türkiyənin “Sporx” saytına istinadən verdiyi məlumata görə, tanınmış futbol mütəxəssisi “böyük beşlik” ölkərinin hər birində çempionluğu qazana bilən baş məşqçi kimi tarixə düşəcək. Bundan əvvəl o İtaliyanın “Milan”, İngiltərənin “Çelsi”, Fransanın PSG və Almaniyanın “Bayer Münhen” klubları ilə çempionluq sevincini yaşayıb.

Qeyd edək ki, hal hazır 1 matç az keçirməsinə baxmayaraq “Real Madrid” ən yaxın izləyicisi “Sevilya”nı 7 xal qabaqlayaraq turnir cədvəlinin lideridir.

//Nəzərbəy Hacıağayev, Editor.az