Karlos Sainz 2024-cü ilə qədər “Ferrari”dəbackend

Karlos Sainz 2024-cü ilə qədər “Ferrari”də

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Formula 1 yarışlarında mübarizə aparan “Ferrari” komandasının ispan pilotu Karlos Sainzlə yeni müqavilə imzalanıb.

Editor.az “sporx”a istinadən xəbər verir ki, razılaşmaya əsasən Sainz 2024-cü ilə qədər “Ferrari”nin uğurları üçün mübarizə aparacaq.

“Foruma 1 yarışlarında mübarizə aparmaq üçün “Ferrari”dən yaxşı bir komanda olmadığını hər zaman demişəm.Formasını geyinmək və bu komandanı təmsil etmək bənzərsiz bir hissdir”,-deyə Sainz bildirib.

Qeyd edək ki, Sainz “Ferrari” komandasına keçən il qatılıb. O, iki yarış istisna olmaqla, bütün yarışlarda xal toplamağı bacarıb. Sainz dörd dəfə fəxri kürsiyə yüksəlməyi bacarıb.

//Editor.az