Müxalifətdə olan Qanun və Ədalət partiyasından Polşa prezidentliyinə namizəd Karol Navroçki bülletenlərin 99,8%-nin Respublika Dövlət Seçki Komissiyası tərəfindən işlənməsindən sonra seçkidə qalib gəlib. Məlumatı TVP İnfo telekanalı yayıb.
Məlumata görə, cənab Navroçki 50,9%, hakim Vətəndaş Koalisiyasının namizədi, Varşava meri Rafal Tşaskovski 49,1% səs toplayıb. Bülletenlərin 99,93%-i işləndikdən sonra vəziyyət dəyişməyib.
Qeyd edək ki, Polşada prezident seçkilərinin ikinci turunda səsvermə iyunun 1-də keçirilib. Seçicilərin 72,8%-i iştirak edib. Dövlət Seçki Komissiyası rəsmi nəticələri iyunun 2-də elan edəcək. Mayın 19-da keçirilən prezident seçkilərinin birinci turunda Rafal Tşaskovski 31,36 faiz, Karol Navroçki isə 29,54 faiz səs toplamışdı.
//Samir Qurbanov, Editor.az