“Kaş ac, işsiz evdə oturardım, amma bunu yaşamazdım”backend

“Kaş ac, işsiz evdə oturardım, amma bunu yaşamazdım”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Covid19-a mən də inanmırdım. Amma başıma nələr gəldi. İnsanlar, inanın, qorunun. Kaş ac, işsiz-gücsüz, problemlər içində evdə oturardım, amma bunu yaşamazdım. Biz çəkdiyimizi heç kimə arzulamıram”.

Editor.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri rəqqasə Rəna Ağamuradova (Renka) sosial şəbəkədə yazıb. Koronavirusa yoluxan və atasını da virusa görə itirən sənətçi bunları əlavə edib:

“Çox şeylər eşitdim, oxudum. Dedilər ki, reklam üçün yalandan edir, əcəb olub. Sizin görəsən, ürəyiniz var? O sözləri deyənlər görəsən insandırlar? Sizlərə insan da deyə bilmirəm.

Qorunun, özünüzü pis hiss edən kimi həkimə gedin. Həkimlər çox əziyyət çəkir, 8 saat o paltarda qalırlar. Üst-üstə iki maska taxırlar, 4 aydır evlərinə getmirlər. Susuz, yeməksiz oradadırlar. Həkimlər, əziyyətinizi halal edin. Avqustun 5-dən evdəyəm”.