Kasım-Jomart Tokayev Aleksandr Lukaşenkonun sözlərini zarafat hesab edirbackend

Kasım-Jomart Tokayev Aleksandr Lukaşenkonun sözlərini zarafat hesab edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan nüvə silahı əldə etmək naminə Rusiya və Belarusun “İttifaq dövləti”nə daxil olmaq niyyətində deyil.

Editor.az bidirir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mediaya şərhində deyib.

“Bu yaxınlarda Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Qazaxıstanın İttifaq dövlətinə daxil olmasını təklif edib. Mən onun zarafatını yüksək qiymətləndirdim. Hesab edirəm ki, buna ehtiyac yoxdur, çünki başqa inteqrasiya birlikləri, ilk növbədə Avrasiya İqtisadi İttifaqı var”, – o deyib. Tokayev vurğulayıb ki, Qazaxıstan prinsipcə nüvə silahı əldə etməkdə maraqlı deyil.

“Biz nüvə silahının yayılmaması haqqında müqaviləyə, nüvə silahı sınaqlarına qadağa qoyulmasına dair müqaviləyə qoşulduğumuz üçün lazım deyil. Biz bu beynəlxalq sənədlərdən irəli gələn öhdəliklərimizə sadiqiq”. Qeyd edək ki, keçən həftə Rusiya və Belarus Rusiya nüvə silahlarının Belarus ərazisində daha əvvəl elan edilmiş yerləşdirilməsi haqqında saziş imzalayıblar. Lukaşenkonun özü deyib ki, guya nüvə silahının Belarusa çatdırılmasına artıq başlanılıb.

Bu hadisəni şərh edən Qazaxıstan rəhbəri Minsklə Moskvanın yaxınlaşmasından narazılıqla danışıb və qeyd edib ki, indi onların hətta “ikiyə bir” nüvə silahı var. Lukaşenko Tokayevə qiyabi cavab vermək qərarına gəlib və nüvə silahı əldə etmək üçün hamının və ilk növbədə Qazaxıstanın Rusiya Federasiyası ilə ittifaq dövlətinə qoşulmasını təklif edib.

  //Samir Qurbanov,Editor.az