Kasım-Jomart Tokayev hökuməti istefaya göndərdibackend

Kasım-Jomart Tokayev hökuməti istefaya göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib. Nazirlər yeni hökumət təsdiq olunana qədər öz vəzifələrini icra edəcəklər. Qazaxıstanın baş nazirinin səlahiyyətləri Roman Sklyara həvalə edilib.

Buna qədər o, hökumət sədrinin birinci müavini vəzifəsində çalışıb.
Bundan əvvəl Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat vermişdi ki, fevralın 7-də Kasım-Jomart Tokayev hökumətin genişləndirilmiş iclası keçirəcək.

O, 2023-cü ilin yekunlarına baxmalı və bu il üçün əsas vəzifələri müəyyən etməlidir. 2023-cü ilin martında respublika hökuməti ölkənin yeni Konstitusiyasına uyğun olaraq – Məclisə (parlamentin aşağı palatası) seçkilərdən sonra istefa verdi. 2022-ci ilin yanvarından bu vəzifədə olan Əlixan Smailov yenidən baş nazir təyin edilmişdi.

//Samir Qurbanov, Editor.az