Kasım-Jomart Tokayev Vladimir Putinə kömək təklif edibbackend

Kasım-Jomart Tokayev Vladimir Putinə kömək təklif edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Dağıstanda baş verən terror aktları ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinə başsağlığı verib.

O, Moskvaya hüquq-mühafizə orqanları vasitəsilə əməliyyat-istintaq fəaliyyətində yardım təklif edib: “Qazaxıstan bu qeyri-insani hərəkəti qətiyyətlə pisləyir və BMT, ŞƏT və digər mötəbər beynəlxalq təşkilatların himayəsi altında terrorizmə qarşı mübarizədə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarıdır”, – deyə Tokayev Telegram-da bildirib.

Xatırladaq ki, iyunun 23-də axşam Dərbənddə sinaqoq və kilsəyə, Mahaçqalada kilsəyə, sinaqoqa və yol polisi postuna, eləcə də Serqokalı kəndinin mərkəzində avtomobilə hücum olub. 15-dən çox polis əməkdaşı və bir neçə mülki şəxs həlak olub. Öldürülənlər arasında “Dağıstan İşıqları” polis idarəsinin rəisi Mavludin Xıdırnəbiyev və Dərbənddəki kilsənin keşişi də var. Altı silahlı məhv edilib. Onlardan üçü respublikanın Serqokalinski rayon rəhbərinin oğulları və qardaşı oğludur. Məmur saxlanılıb. Terror aktı (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsi) ilə bağlı cinayət işi açılıb.

//Samir Qurbanov, Editor.az