“Barselona”nın və Barziliya millisinin sabiq ulduz futbolçusu həbs edildibackend

“Barselona”nın və Barziliya millisinin sabiq ulduz futbolçusu həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kataloniya polisi “Barselona”nın və Braziliya millisinin əfsanəvi keçmiş futbolçusu Dani Alveşi həbs edib

Editor.az bildirir ki, bu barədə “Marca” yazıb. Nəşrin məlumatına görə, 39 yaşlı oyunçu 2022-ci il dekabrın 30-da ona qarşı qaldırılan cinsi qısnama ittihamı ilə nəzarətə götürülüb.

Cümə günü, yanvarın 20-də Alves iş üzrə ifadə vermək üçün Barselona polis idarəsinə baş çəkib. Bundan sonra Dani məhkəmə iclasında iştirak edəcək və hakim bu işin araşdırılmasına qədər onun müvəqqəti vəzifəsi ilə bağlı qərar verəcək.

Qeyd olunur ki, braziliyalı bütün ittihamları rədd edir: “İnsanların çox olduğu yerdə idim və əylənirdim. Məni tanıyanlar da bilirlər ki, rəqs etməyi sevirəm. Başqasının məkanını zəbt etmədən rəqs edib həzz alırdım. Bu xanımın kim olduğunu bilmirəm. Bunu bir qadına necə edə bilərdim?”, – Alves deyib. Futbolçunun həbsxanaya göndərilməsi variantının mümkün olmadığı bildirilir.

Xatırladaq ki, əfsanəvi Dani Alves 2022-ci il dekabrın 30-da Barselonadakı Sutton gecə klubunda baş vermiş insidentdən sonra cinsi təcavüzdə ittiham edilmişdi. İddiaya görə, futbolçu əlini qonaqlardan birinin alt paltarının altına salıb. Qadın dərhal təhlükəsizlik xidmətinə, onlar da polisə müraciət edib.

  //Samir Qurbanov, Editor.az