Kavaninin yerinə 6 namizədbackend

Kavaninin yerinə 6 namizəd

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

PSJ uruqvaylı hücumçusu Edinson Kavani ilə mövsümün sonunda yollarını ayırmağı planlaşdırır.

Paris təmsilçisi yeni mərkəz hücumçusu axtarışına artıq başlayıb.

İlk mərhələdə 32 yaşlı forvardın yerinə 6 namizəd müəyyənləşib. Bunlar Nikolya Pepe (“Lill”), Luka Yoviç (Eintracht), Antuan Qrizmann (Atletico), Mauro İkardi (İnter), Timo Verner (Leipzig) və Joao Feliksdi (Benfica). Fransızlar bu oyunçulardan ən azı birini yayda heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, Edinson Kavani bu mövsüm 28 oyunda 22 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

//goal.az