Gürcüstan prezidenti Salome Zurabişvili ölkə Konstitusiyasını pozaraq gürcü xalqına zərər vurur.
Editor.az bildirir ki, bunu “Gürcü arzusu” partiyasının baş katibi və Tbilisinin meri Kaxa Kaladze bildirib. O, prezidenti “dələduz” adlandırıb.
Qeyd edək ki, Zurabişvili bu gün Berlində Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə görüşməlidir. Bu barədə Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer sosial şəbəkədəki paylaşımından məlum olub. “Konstitusiyanı birinci pozan şəxsin səfərini necə dəyərləndirmək olar. Halbuki əksinə olmalıdır, ən birinci o, Konstitusiyanı müdafiə etməlidir. Dövlətə və gürcü xalqına qarşı bu münasibət göz qabağındadır”, – Kaxa Kaladze deyib.
//Samir Qurbanov, Editor.az