Kaxovskaya su elektrik stansiyasının sıradan çıxarılması qlobal ərzaq təhlükəsizliyinə böyük zərbədirbackend

Kaxovskaya su elektrik stansiyasının sıradan çıxarılması qlobal ərzaq təhlükəsizliyinə böyük zərbədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kaxovskaya su elektrik stansiyasının ruslar tərəfindən sıradan çıxarılması düşmənin qlobal ərzaq təhlükəsizliyinə zərbədir.

Editor.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak yazıb. “Bu fəlakət Ukraynanın cənubundakı suvarma sisteminə təsir göstərəcək. Ruslar dünya ölkələrində, xüsusən də Afrikada aclıqyaratmaq istəyirlərr”, – Yermak deyib.

O, qeyd edib ki, Kaxovskaya Su Elektrik Stansiyasının dağıdılması son onilliklərdə dünyada ətraf mühiti məhv edən və yüz minlərlə insanın həyatına mənfi təsir göstərəcək ən böyük texnogen fəlakətdir. “Məqsəd Müdafiə Qüvvələrinin hücumunu dayandırmaq, məğlubiyyət və rüsvayçılıqdan qaçmaq, Kreml cinayətkarlarını xilas etməkdir.

Onlar bu müharibədə nəsə əldə etmək üçün hər şeyə hazırdırlar. Bugünkü Rusiya qlobal təhlükədir. Problemi yalnız güc yolla həll etmək olar”, – Yermak bildirib.

  //Samir Qurbanov,Editor.az